YAP-ın qurultayına dəvət alan “91-lər“ - SİYAHI

İyunun 7-də keçiriləcək Yeni Azərbaycan Partiyasının V qurultayına partiyanın "qızıl fondu" sayılan "91-lər" də dəvət edilib.

Bu barədə modern.az saytına sorğu edilən "91-lər" məlumat veriblər.

"91-lər"dən olan "İki Sahil" qəzetinin baş redaktoru Vüqar Rəhimzadə açıqlamasında bildirib ki, o, hakim partiyanın ali tədbirinə dəvət edilib.

"Mən qurultaya dəvət edilmişəm. Başqalarından xəbərim yoxdur"-deyə V.Rəhimzadə qeyd edib.

"91-lər"dən digərləri, eks-deputat Şahlar Əsgərov və yazıçı-publisist Xeyrəddin Qoca da qurultaya dəvət edildiklərini təsdiqləyiblər.

Xatırladaq ki, 1992-ci ilin 16 oktyabrında 91 nəfər ziyalı Naxçıvan Ali Məclisinin sədri Heydər Əliyevə müraciət edərək onu Azərbaycanda hakimiyyət uğrunda açıq və fəal mübarizəyə səsləyib. Onlar vaxtilə Yeni Azərbaycan Partiyasının "qızıl fondu" elan olunmuşdular.

Heydər Əliyevin vəfatından sonra YAP-da "91-lər"ə münasibət birmənalı olmadı, dəyişdi. Onların bəziləri vəzifədən, tutduqları postdan uzaqlaşdırıldı. "91-lər" bir qismi dünyasını dəyişib. Hazırda vəzifədə olan "91-lər" də var.

Kim idi "91-lər"? Bir daha onların siyahısını yada salırıq...

1. Ziya Bünyadov.
2. Fərəməz Maqsudov.
3. Ömər Eldarov.
4. İqrar Əliyev.
5. Kərim Kərimov.
6. Məmmədtağı Cəfərov.
7. Sabir Hacıyev.
8. Xəlil Rza Ulutürk.
9. Sirus Təbrizli.
10. Zeynəb Xanlarova.
11. Əli Ömərov.
12. Eldar İbrahimov.
13. Mixail Zabelin.
14. Əlfəddin Abdullayev.
15. Murtuz Ələsgərov.
16. Əkbər Bayramov.
17. Zahid Qaralov.
18. Həsən Quliyev.
19. Adil Qasımov.
20. Əjdər İsmayılov.
21. Fikrət İsmayılov.
22. Şahlar Əsgərov.
23. Mübariz Əhmədov.
24. Əli Nuriyev.
25. Ədalət Fərəcov.
26. Həsən Mirzəyev.
27. Zahid Xəlilov.
28. Vilayət Əliyev.
29. Abbas Səmədov.
30. Ağababa Mahmudov.
31. Şəmistan Mikayılov.
32. Səfiyar Musayev.
33. Əsədulla Qurbanov.
34. Musa İlyasov.
35. Tələt Qayıbov.
36. Məmməd Məmmədov.
37. Rafiq Əminzadə.
38. Lalə-Şövkət Hacıyeva.
39. Eldar Abbasov.
40. Əli İnsanov.
41. Fuad İsmayılov.
42. Əlişir Musayev.
43. Hüsü Kərimov.
44. Rafiq Məmmədhəsənov.
45. Məmməd Nəsirov.
46. İbrahim İsayev.
47. Faiq Səfərov.
48. Sudeyf İmamverdiyev.
49. Liliya Luqovaya.
50. Hacıbala Abutalıbov.
51. Novruz Quliyev.
52. Əmir Mərdanov.
53. Sabir Xəlilov.
54. Pənah Mahmudov.
55. İsgəndər Quliyev.
56. Zakir Sərdarov.
57. Əli Əhmədov.
58. Əli Nağıyev.
59. Maqsud Nəcəfov.
60. Heydər Hüseynov.
61. Nəbi Əsgərov.
62. Allahverdi Hacıyev.
63. Tofiq Hüseynov.
64. Məmməd Məmmədov.
65. Musa Heydərov.
66. Hacı Hacıyev.
67. Nəzir Əhmədov.
68. Allahyar Hüseynov.
69. İbrahim Əzizov.
70. Aydın Əhmədzadə.
71. Vidadi Acalov.
72. Səbirə Dünyamalıyeva.
73. Georqi Savoskin.
74. Lüdviq Muradov.
75. Rəfael Allahverdiyev.
76. Asif Cahangirov.
77. Rafiq Qasımov.
78. Kərim Kərimov.
79. Munis Bayramov.
80. Möhsün Möhsünov.
81. Ağabəy Əsgərov.
82. Vüqar Rəhimzadə.
83. Rizvan Cəbiyev.
84. Ariz Abduləliyev.
85. Əziz Axundov.
86. Mirzə Əsgərov.
87. Xeyrəddin Qoca.
88. Səlahəddin Quliyev.
89. Ziya Paşa.
90. Vüqar İsmayılov.
91. Tahir Məmmədov.

AzNews.az