“Kim istəyirsə, onu Milli Şuranın vahid namizədi kimi qəbul edə bilər” “Kim istəyirsə, onu Milli Şuranın vahid namizədi kimi qəbul edə bilər”

“Rüstəm İbrahimbəyov vahid namizəd ola bilər”

“Kim istəyirsə, onu Milli Şuranın vahid namizədi kimi qəbul edə bilər”




AXCP sədri Əli Kərimli jurnalistlərə açıqlamasında Milli Şuranın mexanizmindən danışıb.

AzNews.az-ın məlumatına görə, Kərimli bildirib ki, bu iki illik keçid dövrü olacaq: "İndi bizim müdafiə edəcəyimiz namizəd iki il müddətinə öz vəzifəsini yerinə yetirəcək. Bu müddət ərzində referendum yolu ilə yeni konstitusiyanın qəbuluna nail olacaq, yeni parlament seçkilərinin həyata keçirilməsini təmin edəcəyik və yeni prezident seçkiləri keçiriləcək. Seçkilərdə də həmin şəxs namizəd olmayacaq. Bu şərtlər daxilində öz namizədimizi yaxın günlər ərzində müəyyənləşdirəcəyik. Biz Milli Şuranın tərkibini formalaşdırmadan elan etsəydik, belə geniş tərkib olmazdı. Müəyyən mübahisəli məqamlar var idi".

AXCP sədrinin sözlərinə görə, kim istəyirsə, R.İbrahimbəyovu Milli Şuranın vahid namizədi kimi qəbul edə bilər. O, Rüstəm İbrahimbəyovun böyük ehtimalla Milli Şuranın vahid namizəd olacağını qeyd edib.


Anar Gəraylı
AzNews.az