Belarus xarici işlər nazirinin səfərinin proqramı açıqlandı

Belarusun xarici işlər naziri Vladimir Makeyin Azərbaycana səfərinin proqramı açıqlanıb.

Bu barədə Belarusun Bakıdakı səfirliyindən məlumat verilib.

Makeyin iyunun 9-11-nə nəzərdə tutulmuş səfəri iki ölkə arasında diplomatik münasibətlərin qurulmasının 20 illiyinə həsr edilb. Bu əlamətdar hadisə iyunun 11-də keçiriləcək.

Məlumata görə, səfər çərçivəsində Azərbaycanın yüksək vəzifəli rəsmiləri ilə bir sıra görüşlərin keçirilməsi planlaşdırılıb. Nazir, həmçinin Azərbaycan Diplomatik Akademiyasında ikitərəfli münasibətlərin yubiley tarixinə həsr edilmiş forumda çıxış edəcək. Forum çərçivəsində "Belarus və Azərbaycanın birgə buraxılışı" silsiləsindən "Belarus və Azərbaycan arasında diplomatik münasibətlərin qurulmasının 20 illiyi" poçt blokunun təqdimatı, həmçinin "Birinci gün" marka və zərflərinin möhürlənməsi mərasimi keçiriləcək.

Belarusun xarici işlər naziri Bakı Slavyan Universitetinə baş çəkərək orada Belarus dili və mədəniyyəti mərkəzi ilə tanış olacaq, eyni zamanda, "Azərbaycan-Belarus" Dostluq və Əməkdaşlıq Cəmiyyətinin fəalları ilə görüş keçirəcək.//trend//

AzNews.az