“Milli Şura qeyri-konstitusiondur“

"Bu gün internet səhifələrində Milli Şura adlanan bir qurum elan edilib. Şuranın adından bir qrup şəxs çıxış edib. İlk növbədə onu qeyd etməliyəm ki, elan olunan bu şura qeyri- konstutsiondur"


Bunu modern.az saytına açıqlamasında Milli Məclisin hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədr müavini, Qarabağın Azərbaycanlı icmasının idarə heytəinin üzvü Rövşən Rzayev deyib.

Deputat fikrini belə əsaslandırıb ki, xalqın adından ancaq legitim seçilmiş orqan çıxış edə bilər:

"Elan olunan qurum ictimai adlana bilər. Milli adalandırılması o deməkdir ki, bu qurum bütövlükdə millətin adından çıxış etmək niyyətindədir. Nəzərə almaq lazımdır ki, millət xalq ilə eyni anlayışdadır. Konsitutsiya bəyan edir ki, xalq öz suveren hüquqlarını referendum və ya qanuni seçilmiş nümayəndələri orqan tərəfindən həyata keçirilə bilər. Konsitutsiyanın dördüncü maddəsi birbaşa göstərir: Qanunsuz olan hər hansı qurum xalqın adından çıxış edə bilməz. Deməli, qeyd edilən qurumun bütövlükdə xalqın adından danışmağa haqqı yoxdur. Azərbaycan xalqı seçkilərə hazırlaşır və əminəm ki, öz etimadını bir daha bu seçkilərdə bildirəcək. Xalqın seçimi İlham Əliyev olacaq. Mən bunu tam əminliklə qeyd edirəm".

AzNews.az