“İbrahimbəyov prezidentliyə namizəd ola bilməz”- İddia

"Azərbaycan Konstitusiyasına görə, Rüstəm İbrahimbəyov prezidentliyə namizəd ola bilməz".



Bu iddianı AzNews.az-a açıqlamasında politoloq Cümşüd Nuriyev səsləndirib. O bildirib ki, Konstitusiyaya görə, prezidentliyə namizəd olan şəxs son on ildə Azərbaycanda yaşamalıdır: "Namizəd olmaq istəyən şəxs son on ildə daimi formada Azərbaycanda yaşamalıdır və onun başqa ölkə vətəndaşlığı olmamalıdır".

C.Nuriyev deyib ki, nə Rüstəm İbrahimbəyov, nə də Rəsul Quliyev Azərbaycanda prezidentliyə namizəd ola bilməz və bu, konstitusiya ilə qadağan edilib.

Qeyd edək ki, iyunun 7-də Milli Şuranın ilk toplantısında Rüstəm İbrahimbəyov qurumun sədri seçildi. MŞ-dəki əksər partiya və təşkilatlar seçkilərdə müxalifətin vahid namizədinin R.İbrahimbəyov olmasını istəyir. R.İbrahimbəyov özü də bu məsuliyyəti öz üzərinə götürə biləcəyini açıqlayıb.

Anar
AzNews.az