Amerikanın dünyada yüz milyonlarla internet istifadəçisini gizlicə izlədiyini göstərən sənədləri kimin aşkara çıxardığı məlum olub. Amerikanın dünyada yüz milyonlarla internet istifadəçisini gizlicə izlədiyini göstərən sənədləri kimin aşkara çıxardığı məlum olub.

200 min dollar maaş alan agent danışdı: "Məni qaçıracaqlar"

Amerikanın dünyada yüz milyonlarla internet istifadəçisini gizlicə izlədiyini göstərən sənədləri kimin aşkara çıxardığı məlum olub.



CIA agenti Snovden olduğu bildirilən bu şəxsin 29 yaşı var. O, özü barədə danışarkən " Özümü fəda edirəm. Peşman deyiləm. Vicdanım Amerikanın təməl azadlıqları yox etməsini sadəcə seyr etməyimə icazə vermədi" deyə bildirib.

"The Guardian" qəzetinin yazdığına görə, mətbuata bu barədə xəbərləri sızdıran 29 yaşlı Edvard Snovden kompyuter mütəxəssisidir. O, Amerikanın xüsusi xidmət orqanlarının əməkdaşlarının onu yaxalamaması üçün sevgilisi ilə bərabər mayın 20-də Honq - Konqa qaçıb.

Amerika tarixinin ən böyük qalmaqallarından birini ortaya çıxaran bu şəxs 2009-cu ildə CIA-dan ayrılıb. Daha sonra Amerikanın Beynəlxalq Təhlükəsizlik Təşkilatında kompyuter mütəxəssisi kimi çalışıb.
2007-ci ildə diplomat vəsiqəsi ilə İsveçrəyə gedib: "Burada bir bankçını oyuna gətirdik və istədiyimizi aldıq. Cenevrədə Amerikanın necə çalışdığını və dünyana necə təsir etdiyini gördüm. Hiss etdim ki, xeyirdən daha çox zərər verən bir işin içindəyəm".

İldə 200 min dollar maaş aldığını söyləyən keçmiş agent indi CİA tərəfindən qaçırılacağı qorxusu ilə Honq-Konqda yaşayır.

Elnarə
AzNews.az