Dağlıq Qarabağ münaqişəsi müzakirə edildi

ATƏT-in sədri, Ukrayna xarici işlər naziri Leonid Kojara iyunun 14-də Minsk qrupunun həmsədrləri İqor Popovu (Rusiya), Jak Foru (Fransa), Yan Kellini (ABŞ) və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anji Kaspşiki qəbul edib.

Tərəflər Dağlıq Qarabağ münaqişəsinin nizama salınması ilə əlaqədar məsələləri müzakirə edib. Həmsədrlər ATƏT sədrini danışıq prosesinin hazırkı vəziyyəti, həmçinin Azərbaycan və Ermənistan XİN rəhbərləri ilə görüşün nəticələri barədə qısa məlumat veriblər.

Onlar arasında ATƏT sədrinin Azərbaycana və Ermənistana gözlənilən səfəri ətrafında fikir mübadiləsi aparılıb, Ukraynanın ATƏT-in rəhbəri kimi əhəmiyyətini nəzərə alaraq, gələcək görüşlərin səmərələri olacağına ümid ifadə edilib.

ATƏT-in sədri Leonid Kojara Ukraynanın ATƏT-in Minsk Qrupunun Qarabağ münaqişəsinin sülh yolu ilə nizamlanması istiqamətində səylərini dəstəklədiyini təsdiqləyərək, bu məsələnin Ukraynanın ATƏT-in sədrliyi dövründə prioritet olduğunu qeyd edib.//apa//

AzNews.az