Bu gün keçirilən iclasda Müsavat başqanı İsa Qəmbər gündəliyi açıqladı Bu gün keçirilən iclasda Müsavat başqanı İsa Qəmbər gündəliyi açıqladı

“İP vahid namizəd seçə bilsəydi...” - ETİRAF

Bu gün keçirilən iclasda Müsavat başqanı İsa Qəmbər gündəliyi açıqladı




Ötən ay İP-ə sədrlik etmiş Ədalət Yusibov hesabat xarakterli çıxış edib.

Daha sonra çıxış edən AXCP sədri Əli Kərimli Milli Şuranın yaranması və görülən işlər barədə məlumat verib: "Son 20 ildə görünməmiş bir hadisə baş verib. Heç vaxt bir araya gəlməyən siyasi qüvvələr bu gün Milli Şurada təmsil olunurlar. 128 nəfərlik bir tərkib formalaşıb. Bu qədər insanın bir araya gəlməsi kifayət qədər böyük hadisədir. Ziyalılar, gənclər hərəkatları, ölkənin vətəndaş cəmiyyəti, dindar kəsim və digər müxtəlif qüvvələr Milli Şurada təmsil olunur və bu quruma dəstək olur. Böyük kompramislər naminə bu birliyə nail olmuşuq. Tarix yaşanan anda ciddi, dəqiq qiymətini ala bilmir. İndiyə kimi bu hakimiyyət bu qədər pərt olmayıb. Hakimiyyət olduqca narahatdır. Elə buna görə də YAP-ın qurultayını iki ay əvvələ çəkdilər".

Daha sonra çıxış edən İP KŞ üzvü Vidadi Mirkamal İctimai Palatanın buraxılması ilə bağlı səsləndirilən fikirlərə münasibət bildirib: "İctimai Palatanın taleyi ilə bağlı məsələyə aydınlıq gətirilməlidir. Baxmayaraq ki, Milli Şurada İP üzvü olan bir sıra şəxslər təmsil olunur. Mən düşünürəm ki, İP saxlanılmalıdır, öz fəaliyyətini davam etdirməlidir. İP Milli Şuranın qərarlarının icrasında mühüm rol oynaya bilər. Etiraf etməliyik ki, əgər İP öz arasından bir nəfəri vahid namizəd olaraq seçə bilsəydi, heç Milli Şuraya ehtiyac da qalmayacaqdı".

Bahar
AzNews.az