“Milli Şura seçkiyə Rüstəm İbrahimbəyovla gedəcək” - Pənah Hüseyn

“Ümumi işə kömək etməliyik”




"Rüstəm İbrahimbəyov namizədliyini versə Milli Şura onunla seçkiyə gedəcək".

AZNEWS.AZ-ın məlumatına görə, bu fikri İctimai Palatanın bu gün keçirilən sessiyasında İP KŞ üzvü Pənah Hüseyn səsləndirib.

P.Hüseynin sözlərinə görə, milli demokratik müxalifət ilk dəfə içindən olmayan bir şəxslə seçkiyə getməyə qərar verib: "Hər kəs bu hakimiyyətin getməsini istəyir. Bu prosesdə biz siyasi kimliyimizi ciddi kontorlarla cızaraq, ümumi işə kömək etməliyik. Rüstəm İbrahimbəyov namizədliyini versə, Milli Şura onunla seçkiyə gedəcək".

Bahar
AzNews.az