“Prezident seçkisi oyun deyil“

Müsavat başqanı İsa Qəmbər bu gün Binəqədi sakinləri ilə görüşüb.

Partiyanın qərargahına baş tutan görüşdə İsa Qəmbər ölkədəki ictimai-siyasi durumdan danışıb. Müsavat başqanı həmçinin yenicə təsis edilən Milli Şuradan söz açaraq bu məsələyə həddindən artıq ciddi yanaşıldığını bildirib.

İsa Qəmbər həmçinin çıxışında bildirib ki, Müsavat partiyası da Rüstəm İbrahimbəyovun vahid namizədliyini məqsədəuyğun hesab edir.

"Biz bu məsələyə həddindən artıq ciddi yanaşırıq. Prezident seçkisi oyun deyil. Ölkənin, xalqın taleyindən söhbət gedir. Bu seçkini kiminsə şansına buraxmaq olmaz. Vahid namizəd olan şəxs Azərbaycanda olmalıdır. Biz bilməliyik ki, həmin şəxs hakimiyyətə gəldiyi halda hansı islahatları keçirəcək. Müsavat Partiyası hazırda hər kəsdən ağır bir yükü öz boynuna götürərək yoluna davam edir. Ziyalıların içindən seçilən biri olması ideyasını dəstəkləyirik. Müsavat partiyası da Rüstəm İbrahimbəyovun namizədliyini məqsədəuyğun hesab edir"-deyə İ.Qəmbər vurğulayıb.//modern//

AzNews.az