Fəzail Ağamalı bankları “topa tutdu“

"Banklar insanların qanını zəli kimi sorurlar"

Bunu milli Məclisin bugünkü iclasında Ana Vətən Partiyasının sədi Fəzail Ağamalı deyib. "Bank olmayan kredit təşkilatları haqqında" qanun layihəsinin müzakirəsi zamanı çıxış edən Fəzail Ağamalı deyib ki, banklarda kreditlərin faizləri çox yüksəkdir: "Faizləri aşağı salmaq lazımdır".

Vitse spiker Ziyafət Əsgərov da bildirib ki, bununla bağlı araşdırmalar aparılacaq.//qafqazinfo//

AzNews.az