- Köhnə - Siyasət
- 22 İyun 2013 08:41
- 2 180
Abbas Abbasov milyarderləri AzərRos-a toplayır
İclasda "Milyarderlər İttifaqı"nın rəhbərliyi də iştirak edəcək. Həmçinin təşkilatın regionlardan olan rəhbərləri də dəvət olunanlar sırasındadır.
AzNews.az qurumun saytına istinadən xəbər verir ki,
iclasda AzərRos sədrinin çıxışı, qurumun 2013-cü il ikinci yarım ili üçün fəaliyyət planı müzakirə ediləcək. Bundan başqa Federal Şuraya seçkilər keçiriləcək, təşkilatın 2013-cü il üçün büdcəsi təsdiqlənəcək və üzvlüklə bağlı yeni daxil olan müraciətlərə baxılacaq.
AzərRos-un Federal Şurasının iş reqlamentinin müəyyən edilməsi, simvol və himnin hazırlanması barədə müzakirələr də iclasın gündəliyinə daxil edilib.
Aldığımız məlumata görə, tədbirdə Azərbaycandan da bir sıra siyasilərin iştirakı gözlənilir.
Elnarə
AzNews.az