Milli Şura Rəsul Quliyevin cavabını verdi

Milli Məclisin eks-spikeri Rəsul Quliyevin Milli Şura ilə bağlı səsləndirdiyi ittihamlara qarşı tərəfin cavabı gecikməyib.

Milli Şuranın üzvü, politoloq Zəfər Quliyev modern.az-a açıqlamasında eks-spikerin ittihamlarına şərh vermək istəmədiklərini bildirib. Z.Quliyev R.Quliyevə "no komment"-deyə lakonik cavab verib:

"Rəsul Quliyev qoy yazsın, no komment. Sessiyadan sonra bu haqda danışarıq".

Qeyd edək ki, R.Quliyev Milli Şura üzvlərini əsassız bəyanatlar verməkdə günahlandırıb. ACP lideri Milli Şuranın iqtidarla dialoq təklifinə hiddətlənib.

"20 ildir müxalifət hakimiyyətdən dialoq keçirməyi xahiş edir. Başqa sözlə sövdələşmək istəyir. İndiyə qədər heç vaxt dialoq olmayıb görəsən indi nə dəyişib ki höküməti dialoqa məcbur etsin. Dialoq nə deməkdir. təşkilatdan kimsə Milli Şuranın dialoqa hazır olduğunu elan edir.Yəqin ki, belə bir bəyanatın ziyanını anlamadan. Birincisi güc ortaya qoymadan belə bir bəyanatın irəli sürülməsi hakim dairələrin özlərinə inamını qat qat artırır. İkincisi Milli Şurada nizam intizamın olmadığına dəlalət edir.

Demokratiyanın elementar qanunu Milli Şura qərar çıxararsa onun adından ancaq o təşkilatın sədrinin danışmasını tələb edir. Bizdə isə istənilən bir qaraguruhçunu öz adının hansı isə qəzetdə halandırılması daha çox maraqlandırır nəinki Azərbaycanın taleyi"-deyə R.Quliyev Milli Şura üzvlərini tənqid edib.

AzNews.az