“Pənah bəyin rejissorluğu ilə ərsəyə gələn layihələrlə hakimiyyətə gələ bilməmişik” “Pənah bəyin rejissorluğu ilə ərsəyə gələn layihələrlə hakimiyyətə gələ bilməmişik”

İsa Qəmbərin müşavirindən Pənah Hüseynə atmaca

“Pənah bəyin rejissorluğu ilə ərsəyə gələn layihələrlə hakimiyyətə gələ bilməmişik”



"Pənah bəy "özümüz" deyərkən şəxsən özünü nəzərdə tutmur, hər halda AXP lideri "oyun" adlandırdığı Milli Şurada iştirak etmir. Hərgah bilavasitə Pənah bəyin rejissorluğu ilə ərsəyə gələn layihələr də az olmayıb. Çoxumuz bu layihələrdə iştirak etmişik və hakimiyyətə gələ bilməmişik".

AzNews.az-ın məlumatına görə, bu sözləri Müsavat başqanı İsa Qəbmərin müşaviri Mustafa Hacıbəyli deyib. O bildirib ki, bununla belə Pənah Hüseynin rejissorluğu ilə yaranan layihələri "oyun" adlandırmayacaq.

M.Hacıbəylinin sözlərinə görə, Milli Şuraya hakimiyyəti dəyişmək üçün daha bir şans kimi baxırlar: "Bu, yeganə şans deyil, amma bu şansın da dəyərləndirilməsini arzulayırıq. İşimizi ehtiyatlı tutmalıyıq, təbii ki, hadisələrin inkişafını hansısa təsadüflərin öhdəsinə buraxmalı deyilik".

Xatırladaq ki, keçmiş deputat, Azərbaycan Xalq Partiyasının lideri Pənah Hüseyn ötən həftə "Yeni Müsavat" qəzetinə verdiyi müsahibəsində Milli Şuranı oyun adlandırmışdı: "Biz ilk dəfədir ki, özümüz tərəfindən yazılmayan və rejissoru özümüz olmadığımız bir oyunda rol almaq məcburiyyətində qalmışıq".

Anar
AzNews.az