Milli Şura rəngini seçdi – TÜND GÖY

Milli Şuranın Mitinq Komitəsinin dünən keçirilən iclasında qurumun simvolunun və bayraqlarının hansı rəngdə olacağı da müzakirə edilib. Bu barədə AzNews.az-a məlumat verən MŞ-in mitinq komitəsinin rəhbəri Asəf Quliyev deyib ki, Milli Şuranın hansı rəngi özünə simvol seçəcəyi ilə bağlı məsələ demək olar ki, öz həllini tapıb. O bildirib ki, qurum iki rəng arası seçim edib: "Müzakirəyə çıxarılan rənglər qırmızı və tünd göydür. Məsələ artıq həllini tapıb və rəng seçimi demək olar ki, müəyyənləşdirilib. Bu, böyük ehtimalla tünd göy olacaq".

Qeyd edək ki, Milli Şuranın növbəti mitinqində partiya bayraqları qaldırılmayacaq. Mitinqdə yalnız Milli Şuranın özünün bayraqları olacaq.

Anar