«Xalq diplomatiyası ilə biz ancaq məsələnin sülh yoluna yönəlməsini sürətləndirə bilərik» «Xalq diplomatiyası ilə biz ancaq məsələnin sülh yoluna yönəlməsini sürətləndirə bilərik»

Rövşən Rzayev: ““Xalq diplomatiyası” itirilmiş etibarı bərpa edə bilər”

«Xalq diplomatiyası ilə biz ancaq məsələnin sülh yoluna yönəlməsini sürətləndirə bilərik»


Dağlıq Qarabağ probleminin çözümünda beynəlxalq qurumların vasitəçiliyi ilə yanaşı, həm də hər iki tərəfin müxtəlif səviyyələrdə qarşılıqlı təmasları əsas sayılır. Amma heç də hamı bunu məqbul variant kimi qəbul etmir. Bu fikri bölüşənlər hesab edirlər ki, qarşılıqlı təmaslar yalnız torpaqlar azad olunduqdan sonra mümkündür. "Xalq diplomatiyası ilə biz ancaq məsələnin sülh yoluna yönəlməsini sürətləndirə bilərik". Bu fikri Milli Məclisin deputatı, "Azərbaycan Respublikası Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması" İctimai Birliyinin idarə heyətinin üzvü Rövşən Rzayev deyib.
R.Rzayev qeyd edib ki, bu diplomatiya bir tərəfdən icmalar arasında itirilmiş etibarı, digər tərəfdən də münasibətləri bərpa edə bilər. Onun sözlərinə görə, bununla gələcəkdə münaqişə həll olunduqdan sonra tərəflər arasında daha tez ünsiyyət qurula bilər. "Amma xalq diplomatiyası o demək deyil ki, münaqişənin nizamlanmasını biz həll edə bilərik. Bu diplomatiya sülh müqaviləsini həll edəcək deyil. Təəssüf ki, indi çoxları məsələyə belə don geyindirirlər. Bizim missiyamızın məqsədi odur ki, əgər icmalararası, xalqlararası münasibətlər köhnə münasibətlərə qayıtsa, o zaman bu, problemin həllindəki fəaliyyətdə çox böyük rol oynaya bilər"- deyə deputat vurğulayıb.
Gültən
Az.News.az