“İctimai Palatanın fəaliyyətində təhlil ediləcək nüans və çəki görmürük” “İctimai Palatanın fəaliyyətində təhlil ediləcək nüans və çəki görmürük”

Mübariz Qurbanlı: “YAP üçün İctimai Palata adlanan qurum siyasi güc mərkəzi hesab olunmur“

“İctimai Palatanın fəaliyyətində təhlil ediləcək nüans və çəki görmürük”


"Müxalifətin prezident seçkilərinə vahid, çoxlu, iki namizəd və ya hansı formada gedəcəyi bizim üçün əhəmiyyət kəsb etmir". Bu açıqlamanı APA-ya Yeni Azərbaycan Partiyası (YAP) icra katibinin müavini Mübariz Qurbanlı verib. M. Qurbanlı deyib ki, YAP seçkilərdə öz namizədi ilə iştirak edəcək və bu namizədin ölkə başçısı İlham Əliyev olduğu da bəllidir: "Gələcəkdə prezident seçkilərində Yeni Azərbaycan Partiyası ilə hansı siyasi qüvvə və yaxudda hansı namizəd rəqabət aparacaq, biz bununla məşğul olmuruq. Biz öz seçki kampaniyamıza hazırlıqla məşğuluq. Yeni Azərbaycan Partiyası üçün hansı palatanın nəyi müzakirə etməsini, həmin qurumların daxili işi hesab edirik". M. Qurbanlı qeyd edib ki, YAP üçün İctimai Palata adlanan qurum siyasi güc mərkəzi hesab olunmur: "Partiyanın təhlillərində həmin qurumu siyasi güc mərkəzi kimi dəyərləndirmirik. Bu məsələ ilə bağlı praqnoz verib, onların fəaliyyətini dəyərləndirmək fikrimiz yoxdur. Yeni Azərbaycan Partiyası İctimai Palatanın fəaliyyətini təhlil etmir. Çünki təhlil ediləcək nüans və çəki görmürük".

AzNews.az