Azərbaycanlılara daha rahat şərtlərlə Şengen vizası veriləcək


Sabah Azərbaycan prezidentinin də iştirak etdiyi Vilnius Sammiti dövlət başçıları səviyyəsində işini davam etdirəcək. Bunu hazırda Vülnüsdə olan Şərq Tərəfdaşlığı Sammitinin iştirakçısı, iqtisadçı Vüqar Bayramlı bildirib.

Onun sözlərinə görə, Azərbaycan ilə Avropa Birliyi arasında viza sadələşdirilməsi və riadmisiya haqqında anlaşma noyabrın 29-da imzalanacaq:

"Bu anlaşma imkan verəcək ki, Azərbaycan vətəndaşları daha sadə şərtlər ilə Şengen viza alsınlar. Eyni zamanda viza haqları 60 avropdan 30 avroyadək endiriləcək. Sənədlərin və vizanın verilməsi üçün tələb edilən günlərin sayında da azalma olacaq. Azərbaycan vətəndaşları bu anlaşmadan sonra 5 ildək uzun müddətli Şengen vizası almaq hüququna mailk olacaq. Müəyyən kateqoriya o cümlədən dövlət qulluqçuları üçün Avropaya vizasız səyahət imkanları veriləcək.

Bü gün eyni zamanda ilk dəfə olaraq İqtisadiyyat və Sənaye Nazirliyinin fəaliyyəti ilə bağlı müsbət fikirləri bölüşəcəm. Xatırladım ki, Vilnüs Sammiti çərçivəsində bu gün Biznes Forumu təşkil edilir. Forumda Azərbaycani iqtisadiyyat və sənaye naziri Şahin Mustafayev təmsil edir.

Forumun ilk panelində çıxış edənlər arasında azərbaycanlı nazir də var idi. Azərbaycalı spikerə Azərbaycan Avropa Birliyi və eləcə də Azərbaycan Rusiya münasibətləri ilə bağlı siyasi baxımdan kifayət qədər dolaşıq suallar verildi.

Təqdirə layiq haldır ki, Azərbaycanlı təmsilçi suallara olduqca diplomatik cavablar verdi və etiraf edim ki, verilən cavablar mənim üçün məqbul oldu. Azərbaycanlı nazir eyni zamanda Azərbaycan ilə Avropa Birliyi və o cümlədən Rusiya arasında qeyri-neft sektorunda aparılan əməkdaşlıq barədə məlumat verdi".

Vilnüsda keçirilən biznes forumda Şərq Tərəfdaşlığı ölkələrinin iqtisadiyyat nazirləri, iş adamları və ekspertlər iştirak edir. Eyni zamanda Avropa Birliyi ən yüksək bu qurumun prezidenti səviyyəsində təmsil olunur.

Forumda eyni zamanda Azərbaycan ilə Litva arasında biznes sahəsində əməkdaşlıq ilə bağlı memorandium da imzalandı.

Forum digər nazirlərinin, biznes nümayəndələrinin və ekspertlərin çıxışı ilə davam edır.

Elnur
AzNews.az