“Milli Şura ilə bağlı son qərarımızı dekabrın 2-də verəcəyik”– Eldəniz Quliyev

"EL hərəkatı Milli Şurada baş verən son vəziyyətlə bağlı qərar verəcək".


Bunu AzNews.az-a açıqlamasında "El" hərəkatı Ali Məclisinin sədri Eldəniz Quliyev deyib.

E. Quliyev bildirib ki, dekabrın 2-də "El" hərəkatının İdarə Heyətinin toplantısı keçiriləcək. Həmin yığıncaqda Milli Şura daxilində son günlər baş verən məsələlər müzakirə olunacaq və yekun qərar verəcək:

"Sonra hərəkat bu qərarını Milli Şuranın qarşıdan gələn sessiyada müzakirəyə çıxarılacaq. Yəni hərəkat baş verənlərlə bağlı öz mövqeyini ortaya qoyacaq".

E. Quliyev Rüstəm İbrahimbəyovun istefasından sonra sədr vəzifəsinin icrasında Cəmil Həsənlinin imkanlarını da dəyərləndirib:

"Cəmil Həsənli prezident seçkilərində bizim namizədimiz olub. Milli Şuranın sədri seçilərsə hərəkat Cəmil bəylə əməkdaşlığını daha da gücləndirəcək. Hesab edirik ki, Milli Şura da gələcək fəaliyyətini gücləndirməlidir və demokratiya yolunda mübarizə aparmalıdır".

Məhəmməd
AzNews.az