"Millət vəkilinin qaçırılması millətin iradəsinə qarşı çıxmaq və millətə hücum etmək deməkdir" "Millət vəkilinin qaçırılması millətin iradəsinə qarşı çıxmaq və millətə hücum etmək deməkdir"

Abdulla Gül: “Bu çox ciddi bir hadisədir“

"Millət vəkilinin qaçırılması millətin iradəsinə qarşı çıxmaq və millətə hücum etmək deməkdir"



Türkiyə prezidenti Abdulla Gül Cümhuriyyət Xalq Partiyasından olan millət vəkili Hüseyn Aygünün PKK terrorçuları tərəfindən qaçırılmasını pisləyib. AzNews.az-ın məlumatına görə, jurnalistlərə müsahibəsində Gül bildirib ki, millət vəkilinin qaçırılması millətin iradəsinə qarşı çıxmaq və millətə hücum etmək deməkdir."Bu çox ciddi bir hadisədir. Bunu millətin iradəsinə qarşı çıxmaq kimi də qəbul etmək olar.


Məsələ ilə bağlı bütün siyasi partiyaların həmrəylik göstərməsini təqdir edirəm", - deyə Gül bildirib. Xatırladaq ki, Hüseyn Aygün ötən gün Tuncəli şəhərində PKK terrorçuları tərəfindən qaçırılıb. Təhlükəsizlik qüvvələri hələ ki, vəkilin yerini müəyyən edə bilməyiblər. Qaçırılan zaman terrorçular onu bir neçə gün saxlayacaqlarını bildiriblər. Onu da qeyd edək ki, indiyə kimi Türkiyə Milli Məclisinin vəkilinin qaçırılması faktı olmayıb.


Bu arada, Hakkari şəhərininn Yüksəkova bölgəsində PKK terrorçuları zorakılıq törədiblər. Rəsmilərin verdiyi məlumata görə, inşaat sahəsinə qum daşıyan 11 yük maşınına od vurulub. Maşınların sürücləri isə qaçırılıb. Bölgədə zorakılıq hallarının artması ilə əlaqədər olaraq təhlükəsizlik tədbirləri gücləndirilib.


Aynur

AzNews.az