“Der Spiegel” ən təhlükəli siyasətçilərin adlarını açıqladı

Almaniyanın "Der Spiegel" dərgisi Avropanın "ən təhlükəli siyasətçiləri"nin onluğunu açıqladı. İlk beşliyi AzNews.az saytı olaraq oxucularımıza təqdim edirik. İqtisadi böhran, işsizlik, maliyyə və bank sektorunda tənəzzül, Avropa siyasətçilərinə də təsirsiz ötüşmür. Almaniyanın Der "Spiegel dərgisi" yaranmış vəziyyətdən istifadə edərək manipulyasiya edən, ittifaqın dağılmasına yönəlmiş təhlükəli fikirlər səsləndirən siyasilərin top onluğunu açıqlayıb.

AzNews.az pravda.ru saytına istinadən siyahını təqdim edir. "Məşhur" onluğun birincisi Bavariyanın Maliyyə naziri Markus Zederdir. Onun onluğa liderlik etməsinə səbəb müsahibələrindən birində, "Yunanıstan bu ilin sonuna qədər avrozonadan çıxarılmalıdır" - fikri olub. O, hətta yunan baş nazirə diş qıcanmalı olduğunu və bu ölkənin öz ayaqları üstə dayanmasının vaxtının çatdığını da deyib. Onluğun ikinci pilləsində Yunanıstan koalisyasının radikal solçu qüvvəsi "Siriza"nın lideri Tsipras qərarlaşıb. Onun bu siyahıya düşməsinə səbəb isə ölkənin bank sektorunun milliləşdirilməsi ilə bağlı bəyanatı olub. Onluğun üçüncü pilləsində İtaliyanın keçmiş baş naziri Silviyo Berluskoni dayanır. Dərgidə italyalı baş naziri ən çox populist bəyanatlar səsləndirən lider kimi xarakterizə olunur və qeyd edilir ki, onun bəyanatları avrozona üçün çox təhlükəlidir. Əsas olaraq isə dərgi, onun ittifaqı milli valyutaya qayıda biləcəyi ilə hədələməsini göstərir.

Onluğun dördüncü yerinin sahibi isə ittifaqın aparıcı dövləti – Fransanın nümayəndəsidir. Ultra sağ milli cəbhənin lideri olan Marin Le Pen dərgi əməkdaşlarının qənaətinə görə, çox təhlükəli fikirlərə malik siyasətçidir. Dərgi onun fikirlərindən sitat da gətirib: "Xanım Merkel və onun avrokomissyadakı dostları "Avropa Sovet İttifaqı" qurmaqla birlik mərhələsini tamamladılar. Biz müstəqil dövlət kimi statusumuzu itirə bilərik".

Beşinci yerdə isə Avropanın siyasi və iqtisadi həyatına o qədər də müdaxilə etməyən Finlandiya nümayəndəsi dayanıb. Sağçı "Həqiqi finlandlar" partiyasının sədri və Avropa parlamentinin üzvü Timo Soyni, Yunanıstan və İspaniyaya maliyyə yardımlarının edilməsinə qarşı çıxdığına görə onluğa daxil edilib. O, çıxışlarının birində bildirib ki, "biz bu ölkələrə bir sent belə verməyəcəyik, çünki kifayət qədər yardım etmişik".

Qeyd edək ki, dərgi onluğu formalaşdırarkən 3 əsas prinsipi diqqətə alıb. Birinci siyasilərin populist çıxışları, ikinci onların Avropa İttifaqı əleyhinə çıxışları, üçüncü isə öz Avropada yaranmış gərgin vəziyyətdən öz siyasi ambisyaları üçün istifadə etmələridir.

Sadiq
AzNews.az