- Köhnə - Siyasət
- 5 Fevral 2014 15:32
- 5 438
Ramiz Mehdiyev: “Prezident vacib tapşırıqlar verdi”
"Bu gün Heydər Əliyev Mərkəzində cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət proqramlarının icrasına həsr olunmuş konfrans keçirildi.
Heydər Əliyev Mərkəzində bu xarakterli konfransın keçirilməsi özlüyündə rəmzi xarakter daşıyır. Çünki mövzu ümummilli lider Heydər Əliyevin bizə miras qoyduğu dövlətin bugünü və gələcək inkişafına həsr olunmuşdu".
Bunu Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev Ramiz Mehdiyev Facebook səhifəsində yazıb. R.Mehdiyev bildirib ki, Prezident çıxışında son beş ildə regionlarda görülmüş və 2018-ci ilə qədər həyata keçiriləcək böyük işlər haqqında olduqca mühüm fikirlər səsləndirilib və vacib tapşırıqlar verdi. Administrasiya rəhbəri bu barədə bəzi qeydlərini Facebook səhifəsində bölüşəcəyini bildirib.
Elnarə
AzNews.az