- Köhnə - Siyasət
- 10 Fevral 2014 15:07
- 4 957
ABŞ səfiri: “Hökumətlə daha sıx işləyirik“
Biz münaqişənin həllinə nail olmağa çalışıq.
Trend-in məlumatına görə, bu barədə ADA Universitetində ənənəvi Qlobal Perspektivlər Mühazirələr Silsiləsi çərçivəsində çıxışında ABŞ-ın Azərbaycandakı səfiri Riçard Morninqstar bildiib.
Səfir qeyd edib ki, hazırda ABŞ münaqişənin həll olunmasında əvvəlki illərdən daha fəal iştirak edir: "Biz hökumətlə daha sıx işləyirik. Keçən ilin noyabar ayında Azərbaycan və Ermənistan prezidentlərinin görüşü pozitiv oldu və bu görüşlərin davam etməsi vacibdir".
Səfir əlavə edib ki, tərəflər münaqişənin həll olunması üçün daha konkret məsələlər ətrafında müzakirələr aparırlar: "Biz bu münaqişənin həllində əlimizdən gələni edəcəyik".
AzNews.az