Eldəniz Quliyev məhkəmədən möhlət istədi


Bu gün Xətai Rayon Məhkəməsində Vətəndaş və İnkişaf Partiyasının (VİP) sədri Əli Əliyevin "El" hərəkatı Ali Məclis sədri Eldəniz Quliyevə qarşı qaldırdığı iddia üzrə hazırlıq iclası təxirə salınıb.

Bu haqda AzNews.az-a VİP-in mətbuat xidmətindən məlumat daxil olub.

Məlumatda bildirilir ki, cavabdeh tərəf məhkəməyə göndərdiyi teleqramda Xocalı soyqırımının növbəti ildönümünü və müdafiəsi üçün hələlik vəkil tutmamasını əsas gətirərək, iclasın təxirə salınmasını xahiş edib. Hakim İbrahim İbrahimli bu müraciəti qəbul edərək, qeyd olunan iddia üzrə hazırlıq iclasını bir həftə müddətinə təxirə salıb. Ə.Əliyevin xüsusi ittiham qaydasında E.Quliyevə qarşı qaldırdığı iddia əsasında hazırlıq iclası martın 4-ə təyin olunub.

İlqar
AzNews.az