Həmsədrlər Kəlbəcər və Laçına gedəcək

ATƏT-in Minsk qrupunun həmsədrləri Jak For (Fransa), İqor Popov (Rusiya) və Ceyms Uorlik (ABŞ) regiona səfərləri çərçivəsində Azərbaycanın ermənilər tərəfindən işğal olunmuş Kəlbəcər və Laçın rayonlarına səfər etməyi planlaşdırırlar. Trend-in məlumatına görə, bu barədə amerikalı həmsədr C.Uorlik öz "twitter" səhifəsində yazıb.

Qeyd edək ki, ATƏT-in Minsk qrupunun həmsədrləri gələn həftə regiona səfər edəcəklər. Həmsədrlərin səfərinin məqsədi faktaraşdırıcı missiyadır.

AzNews.az