Şairlərimiz bu gün vətənə qayıdır

"İranda həbsdən azad olunmuş Azərbaycan vətəndaşları Fərid Hüseyn və Şəhriyar Hacızadə Azərbaycanın Təbrizdəki Baş konsulluğuna təhvil veriliblər. Onların sentyabrın 5-də Azərbaycana gəlməsi gözlənilir". Bunu APA-ya Azərbaycan XİN mətbuat xidmətinin rəhbəri Elman Abdullayev deyib.

Xatırladaq ki, İrana şeir festivalına getmiş Fərid Hüseyn və Şəhriyar Hacızadə mayın 2-də orada həbs olunublar. İran tərəfi uzun müddət azərbaycanlı şairlərin saxlanılması faktını inkar edib. Sonra hər iki azərbacanlının həbsxanada olduğu məlum olub. Azərbaycan XİN hadisəyə aydınlıq gətirilməsi üçün İrana bir neçə rəsmi nota verib. Avqustun 7-də İranda F.Hüseyn və Ş.Hacızadənin məhkəməsi olub.

AzNews.az