Jan-Klod Minion: “Azərbaycanı mövqeyinə yenidən baxmağa çağırırıq” Jan-Klod Minion: “Azərbaycanı mövqeyinə yenidən baxmağa çağırırıq”

AŞPA-da ermənipərəst mövqe bildirdi

Jan-Klod Minion: “Azərbaycanı mövqeyinə yenidən baxmağa çağırırıq”



Avropa Şurası Parlament Assambleyası Ramil Səfərovun azad edilməsinə münasibət açıqlayıb.

AzNews.az-ın newsarmenia.ru saytına istinadən verdiyi xəbərə görə, Assambleyanın rəhbəri Jan-Klod Minion bildirib ki, onun rəhbərlik etdiyi qurum Ermənistan-Azərbaycan münasibətlərinin kəskinləşməsindən ciddi narahatdır.

O, həmçinin qeyd edib ki, Ramil Səfərovun azad edilməsi qəbul olunmazdır və iki ölkə arasında onsuzda gərgin münasibətlərə əlavə gərginlik qatır. Minion Azərbaycanı mövqeyinə yenidən baxmağa çağırmağı da unutmayıb.

Sadiq
AzNews.az