102 qanunsuz miqrantı daşıyan gəmi batdı

Türkiyənin Ege dənizinin İzmir sahillərində içərisində 102 qanunsuz miqrantın olduğu gəmi batıb. Gəmidə İraq, Suriya, Fələstindən miqrantlar olub. Aralarında qadın və uşaqların çoxluq təşkil etdiyi miqrantlar Böyük Britaniyaya mühacirət etmək istəyiblər.

Günorta saatlarına qədər 58 nəfərin cəsədi tapılıb, onların arasında çox sayda uşaq da var. Hüquq-mühafizə orqanları tərəfindən faktla əlaqədar 2 Türkiyə vətəndaşı saxlanılıb. Onlar insan ticarəti ilə məşğul olmaqda ittiham edilir.

E.Əlosmanqızı
AzNews.az