- Köhnə - Siyasət
- 8 Sentyabr 2012 11:40
- 2 399
BMT-nin qurumu Ramil Səfərovun Azərbaycana ekstradisiyası və əfvindən narahatdır
BMT-nin İnsan Haqları üzrə Ali Komissarlığı azərbaycanlı zabit Ramil Səfərovun Azərbaycana ekstradisiyası və əfvi ilə əlaqədar narahatlığını ifadə edib.
AzNews.az APA-ya istinadən xəbər verir ki, BMT İnformasiya Mərkəzinə istinadən yaydığı məlumata görə, komissarlığın mətbuat katibi Rupert Kolvill Cenevrədə keçirdiyi brifinqdə ağır cinayətlərə görə məsuliyyətə dair beynəlxalq standartlara riayət olunmasının zəruriliyini bildirib.
O qeyd edib ki, etnik nifrət hissindən doğan bu cür ağır cinayətlər pislənməli, cinayəti törədənlər isə cəzalandırılmalıdır. Rupert Kolvill ATƏT-in Minsk Qrupu həmsədrlərinin bu məsələ ilə bağlı narahatlığını bölüşdüklərini deyib.
Elza
AzNews.az