- Köhnə - Siyasət
- 10 Sentyabr 2012 15:06
- 2 352
Morninqstar: “Cekson-Venik düzəlişlərinin ləğv olunmasının Azərbaycana aidiyyəti yoxdur”
“Bu, daha çox Rusiya ilə münasibətlərə təsir edəcək”
"Cekson-Venik düzəlişlərinin ləğv olunmasının Azərbaycana aidiyyəti yoxdur, bu, daha çox Rusiya ilə münasibətlərə təsir edəcək". APA-nın məlumatına görə, bu açıqlamanı jurnalistlərə ABŞ-ın Azərbaycandakı səfiri Riçard Morninqstar verib.
Xatırladaq ki, ötən həftə Asiya-Sakit Okean İqtisadi Əməkdaşlıq Forumunun Vladivostokda keçirilən sammitində çıxış edən ABŞ-ın dövlət katibi Hillari Klinton bildirib ki, Vaşinqton Cekson-Venik düəzlişlərinin ləğvinə dair qanunun bu ay qəbul olunacağına ümid edir.
ABŞ-ın "Ticarət haqqında qanun"una Cekson-Venik düzəlişi 1974-cü ildə qəbul olunub. Düzəlişlərin əsas məqsədi bazar iqtisadiyyatına malik olmayan ölkələrlə ticarət münasibətlərini məhdudlaşdırmaqdır. Bu ölkələrə sosialist ölkələri, o cümlədən SSRİ aid edilib. Cekson-Venik düzəlişləri Azərbaycana da şamil edilir.
AzNews.az