Ölkə rəhbərliyi Ağdama gedir

Bu gün, günün ikinci yarısından etibarən Azərbaycanın yüksək rütbəli məmurları Qarabağ istiqamətinə - cəbhə xəttinə gedirlər.

AzNews.az-ın məlumatına görə, Ağdam rayonundakı qaynaqlardan musavat.com-a bildirilib ki, sabah rayon ərazisində mühüm dövlət tədbiri gözlənilir. Tədbirdə dövlət ərkanı tam olaraq, iştirak edəcək.

Sayt bu barədə daha təfsilatlı bilgiyə sahib olduğuna iddia edir, lakin rəsmi açıqlama verilmədiyi və ərazinin həssas spesifikliyi nəzərə alındığı üçün bir sıra detalları açmağa ehtiyat etdiyini bildirir.

Qeyd edək ki, bu gün bir neçə mənbədə Azərbaycan ordusunun Ağdam istiqamətində irəlilədiyi haqda məlumatlar yayılsa da, Müdafiə Nazirliyi bu xəbəri təsdiqləməyib və vətəndaşları rəsmi açıqlama gözləməyə çağırıb.

AzNews.az