Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistan prezidenti Serj Sərkisyanın görüşü sabah baş tutacaq. Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistan prezidenti Serj Sərkisyanın görüşü sabah baş tutacaq.

Prezidentlər sabah görüşəcək- RƏSMİ (FOTO)

Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistan prezidenti Serj Sərkisyanın görüşü sabah baş tutacaq.


AzNews.az xəbər verir ki, bu barədə Soçidə olan Azərbaycan Respublikası Prezidenti Administrasiyası rəhbərinin müavini, Xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov özünün Tvitter səhifəsində yazıb.

"Artıq Soçidəyik. Bu gün Azərbaycan və Rusiya prezidentləri əməkdaşlıq əlaqələrini genişləndirmək üçün ikitərəfli formatda görüş keçirəcəklər. Sabah isə Rusiya prezidentinin iştirakı ilə Azərbaycan və Ermənistan prezidentlərinin görüşü olacaqdır", - deyə Məmmədov yazıb.



AzNews.az