Brayza Azərbaycanın hərbi gücünü aşağıladı

“Azərbaycan bu gün Qarabağı hərb yolu ilə ala bilməz”

ATƏT-in Minsk qrupunun keçmiş həmsədri və ABŞ-ın Azərbaycandakı sabiq səfiri Metyu Brayza Royters xəbər agentliyinə Qarabağ münaqişəsi ilə bağlı açıqlama verib.

AzNews.az-ın erməni mətbuatına istinadən verdiyi xəbərə görə, Brayza bildirib ki, Azərbaycan bu gün Dağlıq Qarabağı müharibə yolu ilə geri qaytarmaq iqtidarında deyil: " Mənə elə gəlir ki, erməniləri tutduqları yüksəkliklərdən vurub çıxara bilməyəcəklər. Fikirləşirəm ki, bu çox çətin məsələdir".

Sadiq
AzNews.az