Türkiyənin Milli Müdafiə naziri Naxçıvandadır

Türkiyə Respublikasının Milli Müdafiə naziri cənab İsmət Yılmaz Azərbaycan, Gürcüstan və Türkiyə Müdafiə nazirləri arasında üçtərəfli formatda planlaşdırılan danışıqlarda iştirak etmək üçün bu gün Naxçıvan şəhərinə gəlib.

Nazirlikdən AzNews.az-a verilən məlumata görə,Türkiyə Respublikasının Milli Müdafiə naziri cənab İsmət Yılmazın Naxçıvan şəhərinə səfəri avqustun 19-dək davam edəcək.

AzNews.az