Hədələyici məktublar Azərbaycanın bir neçə səfirliyinə göndərilib Hədələyici məktublar Azərbaycanın bir neçə səfirliyinə göndərilib

ASALA-dan səfirliklərimizə növbəti təhdid məktubu gəldi

Hədələyici məktublar Azərbaycanın bir neçə səfirliyinə göndərilib



Türk dilində yazılan 6 səhifəlik məktubda guya, İranın dəstəyi ilə Livanda təşkilatın yaradılması barədə məlumat verilir

ASALA Azərbaycanın diplomatik missiyalarına növbəti təhdid məktub göndərib. Trend-in məlumatına görə, bu barədə cümə axşamı jurnalistlərə Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Elman Abdullayev bildirib.

"Nor-Asala" ("Yeni Asala") Azərbaycanın diplomatik missiyalarının nümayəndələri və türk diplomatların ünvanlarına hədələyici məktubu Azərbaycanın bir neçə səfirliyinə göndərib.
Türk dilində yazılan 6 səhifəlik məktubda guya, İranın dəstəyi ilə Livanda təşkilatın yaradılması barədə məlumat verilir.

Qeyd edək ki, ASALA bir müddət əvvəl Ramil Səfərovun ekstradisiyası ilə bağlı Azərbaycanın Macarıstandakı səfirliyinə də təhdid məktubu gönədmişdi və səfirliyin bəzi əməkdaşlarının adlarını çəkərək onların öldürüləcəyini bildirmişdi.

AzNews.az