Bakıda yürüş olacaq

Sentyabrın 15-də Bakının Qurtuluş Günü münasibətilə metronun "Elmlər Akademiyası" stansiyasından Türk Şəhidliyinə qədər yürüş təşkil olunacaq.

Tədbirin təşkilatçısı olan Mübariz Gənclər Təşkilatından APA-ya verilən məlumata görə, yürüş Bakı Şəhər İcra Hakimiyyəti ilə razılaşdırılıb. Yürüş zamanı heç bir şüar səsləndirilməyəcək. "Türk yürüşü" adlı tədbirin sonunda Türk Şəhidliyi ziyarət ediləcək. Yürüş saat 12.00-da başlayır.

AzNews.az