- Köhnə - Siyasət
- 2 Oktyabr 2014 15:40
- 3 140
“Bunların hamısı dünyanın diqqət mərkəzindədir”
“Azərbaycan nəhəng beynəlxalq tədbirlərə ev sahibliyi edə biləcək bir dövlətdir” AzNews.az xəbər verir ki, bu sözləri politoloq Elman Nəsirov bu gün Bakıda keçirilən 4-cü Humanitar Forumla bağlı danışarkən deyib.
"Bu, Azərbaycanın azad siyasət yürütdüyünü təsdiq edən amildir. Ölkəmiz dünya dövlətləri üçün etibarlı tərəfdaş kimi qəbul olunur. Azərbaycan 3 dəfə bu tip tədbirə ev sahibliyi edib. Bu isə 4-cü tədbirdir. Ölkəmizin bu sahədə çox geniş təcrübəsi var. Dünyanın bir çox ölkələrində iqtisadi böhran yaşandığı bir məqamda Azərbaycan iqtisadi sahədə nailiyyətlər əldə etməkdədir. Davos İqtisadi Forumunun yaydığı son hesabatda bildirilib ki, Azərbaycan iqtisadiyyatı rəqabət qabiliyyətinə görə, dünyada 4-cü yerdədir. Ölkəmiz son 9 il ərzində 31 mövqe irəliləyib. Bütün bunların hamısı dünyanın diqqət mərkəzindədir. Azərbaycandakı bu inkişafı görmək, ölkədəki təcrübəni öyrənmək məqsədi ilə bu gün ölkəmizə 60 dövlətin yüksək çinli nümayəndələri təşrif buyurub", - deyə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının Siyasi Araşdırmalar İnstitutunun direktoru, siyasi elmlər doktoru, professor Elman Nəsirov bildirib.Xəyal Əzizov
AzNews.az