Nazirlər Kabineti Azərbaycan Respublikası Energetika Nazirliyinin kollegiya üzvlərinin sayını 9 nəfərə qədər artırıb. Baş nazir Artur Rəsizadə bu barədə fərman imzalayıb. Nazirlər Kabineti Azərbaycan Respublikası Energetika Nazirliyinin kollegiya üzvlərinin sayını 9 nəfərə qədər artırıb. Baş nazir Artur Rəsizadə bu barədə fərman imzalayıb.

Nazirin təklifi nəzərə alındı- Kollegiya üzvlərinin sayı 9-a qaldırıldı

Nazirlər Kabineti Azərbaycan Respublikası Energetika Nazirliyinin kollegiya üzvlərinin sayını 9 nəfərə qədər artırıb. Baş nazir Artur Rəsizadə bu barədə fərman imzalayıb.



Nazirlər Kabinetindən AzNews.az-a verilən məlumata görə, Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 11 aprel tarixli 149 nömrəli Fərmanı ilə təsdiq edilmiş ‟Azərbaycan Respublikasının Energetika Nazirliyi haqqında Əsasnamə"nin 5.8-ci bəndinə əsasən, Azərbaycan Respublikası Energetika Nazirliyinin təklifini nəzərə alaraq Azərbaycan Respublikası Energetika Nazirliyinin kollegiya üzvlərinin sayı 9 nəfərdən ibarət müəyyənləşdirilib və aşağıdakı tərkibdə təsdiq edilib.

Kollegiyanın sədri

Əliyev Natiq Ağaəmi oğlu- Azərbaycan Respublikasının energetika naziri

Kollegiyanın üzvləri:

Cavadov Gülməmməd Süleyman oğlu- Azərbaycan Respublikası energetika nazirinin müavini

Abbasov Natiq Balaş oğlu- Azərbaycan Respublikası energetika nazirinin müavini

Hüseynov İftixar Hüseyn oğlu- Azərbaycan Respublikası Energetika Nazirliyinin Aparatının rəhbəri

Ağayev İbrahim Hümbət oğlu- Azərbaycan Respublikası Energetika Nazirliyinin hüquqi münasibətlər şöbəsinin müdiri

Məmmədov Məhəbbət Aşır oğlu- Azərbaycan Respublikası Energetika Nazirliyinin dövlət proqramlarının hazırlanması və icrasına nəzarət şöbəsinin müdiri

Məsimova Xalidə Məhəmməd qızı- Azərbaycan Respublikası Energetika Nazirliyinin enerji səmərəliliyi, alternativ və bərpa olunan enerji mənbələri şöbəsinin müdiri

Məmmədov Pərviz Həsən oğlu- Azərbaycan Respublikası Energetika Nazirliyinin Dövlət Enerji Nəzarəti İdarəsinin rəisi

Zeynalov Asif Əli oğlu- Azərbaycan Respublikası Energetika Nazirliyinin Dövlət Qaz Nəzarəti İdarəsinin rəisi


Qərar imzalandığı gündən qüvvəyə minib.

AzNews.az