“Klassik Xalq Cəbhəsi partiyasının bütün üzvləri mitinqə qatılmaq üçün sərbəst qərar verə bilərlər”. “Klassik Xalq Cəbhəsi partiyasının bütün üzvləri mitinqə qatılmaq üçün sərbəst qərar verə bilərlər”.

Mirmahmud Mirəlioğlu mitinqdə iştirak edəcəkmi?

“Klassik Xalq Cəbhəsi partiyasının bütün üzvləri mitinqə qatılmaq üçün sərbəst qərar verə bilərlər”.


Bunu AzNews.az-a açıqlamasında Klassik Xalq Cəbhəsi partiyasının sədri Mirmahmud Mirəlioğlu Milli Şuranın mitinqinə münasibət bildirərkən deyib.

Onun fikrincə, istənilən partiya üzvü Milli Şuranın oktyabrın 12-nə təyin edilən mitinqinə qatıla bilər.

"Sizin özünüz Milli Şuranın mitinqində iştirak edəcəksinizmi?" sualına partiya sədrinin cavabı belə oldu: "Zənginiz üçün təşəkkür edirəm".

Qeyd edək ki, Milli Şura oktyabırın 12-də özünün növbəti mitinqini təyin edib. Mitinq Bakıda "İnşaatçılar" metrosunun yaxınığında yerləşən "Məhsul" stadionunda keçiriləcək.


Bahar RÜSTƏMLİ
AzNews.az