Müsavat Partiyası Nəsimi Rayon Təşkilatının sədr müavini, MGT sədrliyinə keçmiş namizəd Rauf Məmmədli partiyadan istefa verib. Müsavat Partiyası Nəsimi Rayon Təşkilatının sədr müavini, MGT sədrliyinə keçmiş namizəd Rauf Məmmədli partiyadan istefa verib.

Qubad İbadoğlunun daha bir tərəfdarı Müsavatdan getdi - İstefa

Müsavat Partiyası Nəsimi Rayon Təşkilatının sədr müavini, MGT sədrliyinə keçmiş namizəd Rauf Məmmədli partiyadan istefa verib.


AzNews.az-ın məlumatına görə, R.Məmmədli istefasının səbəblərinə aydınlıq gətirərkən deyib ki, buna səbəb partiyada ikiüzlü insanların olmasıdır: "Müsavatçı olmaq partiyaya üzv olmaq demək deyil: "Burada üzv olduğum dönəmlərdə əqidəli əsl müsavatçılar da tanıdım, əqidəsi olmayan, özünü müsavatçı hesab edən ikiüzlü insanlar da. Bu gün mənim partiya sıralarından ayrılmama səbəb olan başlıca amil ikinci kateqoriyaya aid olan insanlardır".

Qeyd edək ki, bundan əvvəl Müsavat Partiyasından hüquq müdafiəçisi Samir Kazımlı da istefa verib.

Xatırladaq ki, R.Məmmədli başqanlığa keçmiş namizəd Qubad İbadoğlunun tərəfdarlarından idi. Q.İbadoğlu sentyabrın 27-də keçirilən Müsavat Partiyasının qurultayında başqanlıq seçkisində ikinci olub.