- Köhnə - Siyasət
- 10 Oktyabr 2014 12:14
- 3 638
Eldəniz Quliyev Ramil Usubovun şikayəti haqda danışdı
“Ramil Usubov tərəfindən mənə qarşı qaldırılan xüsusi ittiham qaydasında şikayətin linqvistik ekspertizasının nəticələri hazırdır”.
Bunu AzNews.az-a açıqlamasında Milli Şuranın üzvü, "EL" Hərəkatının Ali Məclisinin sədri Eldəniz Quliyev deyib.
Bununla əlaqədar Nəsimi Rayon Məhkəməsindən E.Quliyevə zəng olunub və məhkəmənin vaxtı bildirilib: "Dedilər ki, oktyabrın 15-də Nəsimi Rayon Məhkəməsində prosesə baxılacaq. Rəydə nəyin yazıldığını mənə demədilər. Onu bilmək bir o qədər də çətin deyil".
Qeyd edək ki, Eldəniz Quliyev bir müddət əvvəl mətbuatda və sosial şəbəkələrdə daxili işlər naziri Ramil Usubova müraciət ünvanlayıb.
Müraciətdə Azərbaycan polisi ilə bağlı sərt ifadələr yer alıb. Bundan sonra R.Usubov Nəsimi Rayon Məhkəməsinə müraciət edib. Məhkəmə Eldəniz Quliyevin 147.1 (təhqir) və 148-ci (böhtan) maddələri ilə cinayət məsuliyyətinə cəlb olunması barədə Ramil Usubov tərəfindən verilən xüsusi ittiham qaydasında şikayəti icraata qəbul edilib. Həmin iş üzrə keçirilən prosesdə isə linqvistik ekspertizanın keçirilməsi barədə qərar qəbul edilib.
Bahar RÜSTƏMLİ
AzNews.az