- Köhnə - Siyasət
- 15 Oktyabr 2014 07:43
- 3 539
Musavatdan daha bir istefa – “Biz heç nə itirmədik”
Müsavat partiyasını daha bir gənc tərk edib. Bu dəfə istefa bəyənatını Amid Süleymanov verib..
AzNews.az xəbər verir ki, bu barədə o, özünün Facebook səhifəsində yazıb: "2005-ci ildən qeyri rəsmi dəstəkçisi, 2011-ci ildən isə rəsmi üzvü olduğum Müsavat partiyasından istefa verirəm. Müsavatdan getməyimə səbəb uzun illər bu yolda həyatını qoyan çox dəyərli şəxslərin övladları olan gənclərə belə partiya rəhbərliyini tənqid etdikləri üçün çəkinmədən iftiraların atılması, təhqir olunmaları (məlum gizli qrupda) və ən acınacaqlısı isə həmin şəxslərin partiyada hegemonluq etməsi, onlara "gözün üstə qaşın var" deyənin olmamasıdır. Vəziyyət o həddə çatıb ki, həmin şəxslər çox rahat şəkildə partiyanın hansısa seçkili orqanına namizədliklərini verirlər. Gizli qrupda və açıq şəkildə Qubad İbadoğlunu dəstəkləyən müsavatçıları təhqir edənlərə qarşı bugünə qədər tədbir görülməyən və bu etik sərhədlərin tapdalanmasına göz yuman rəhbərliyi olan bir partiyada qalmağın heç bir mənası yoxdur. Rəsulzadənin Müsavatını sadəcə qəlbimizdə yaşatmaq qaldı. Biz heç nə itirmədik, bizləri itirdilər. Yolumuza davam edirik".
Qeyd edək ki, Müsavat partiyasının son qurultayından sonra sözügedən qurumun sıralarını 10-dan çox gənc tərk edib.