Vətəndaş Həmrəyliyi Partiyasının sədr müavini Arif İsmayılbəyli Milli Şura üzvlüyündən istefa verib. Vətəndaş Həmrəyliyi Partiyasının sədr müavini Arif İsmayılbəyli Milli Şura üzvlüyündən istefa verib.

VHP sədrinin müavini Milli Şuradan istefa verdi- FOTO

Vətəndaş Həmrəyliyi Partiyasının sədr müavini Arif İsmayılbəyli Milli Şura üzvlüyündən istefa verib.



AzNews.az xəbər verir ki, Arif İsmayılbəyli bu barədə facebookdakı profilində məlumat yerləşdirib. VHP sədrinin müavini partiyadan getməsini və siyasi fəaliyyətə xitam verəcəyini də istisna etməyib:

"Səhhətimdə bir müddət əvvəl yaranmış problemlərin ardarda kəskinləşməsi fəal iş rejimində çalışmağıma, siyasi fəaliyyət göstərməyimə çox vaxt maneçilik törədir... Bu proseslər bəzən mənim üçün diskomfort şəraitin yaranmasına gətirib çıxardır...

Yuxarıdakıları nəzərə alaraq, bu gündən (15.10.2014) hal-hazıra qədər özümün şəxsi razılığımla üzvü olduğum İctimai Palata və Milli Şura üzvlüyündən azad olunmağı məqsədəuyğun sayıram. Onsuz da bu qurumların axır vaxtlarda keçirdikləri heç bir tədbirə qatıla bilmirdim... Üzvü olduğum və rəhbərliyində təmsil olunduğum VHP-də (həm Siyasi Şura üzvü, həm sədr müavini) təmsilçiyimə isə çox güman ki, yaxın zamanlarda aydınlıq gətirəcəyəm... Məni aydın başa düşəcək əqidə dostlarımın hamısına qabaqcadan minnətdarlığımı bildirirəm... Sağ olun".


Xatırladaq ki, Arif İsmayılbəyli 1988-ci ildə başlayan Milli Azadlıq Hərəkatının ilk günlərindən prosesdə aktivliyi ilə fərqlənən şəxs olub. 1989-cu ildə Xalıq Cəbhəsinin Cənub təşkilatının yaradıcılarından biri, 1992-93-cü illərdə Lənkəran İcra Hakimiyyəti başçısının birinci müavini işləyib.

Arif İsmayılbəyli 2003-cü ildən siyasi fəaliyyətini Sabir Rüstəmxanlının sədri olduğu Vətəndaş Həmrəyliyi Partiyasında davam etdirir.