- Köhnə - Siyasət
- 15 Oktyabr 2014 14:04
- 2 216
Azərbaycan prezidenti həmsədrləri qəbul etdi
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 15-də ATƏT-in Minsk qrupunun həmsədrləri İqor Popovu (Rusiya), Pyer Andryönü (Fransa), ATƏT-in hazırkı sədrinin xüsusi nümayəndəsi Anji Kaspşiki və Devid Salvonu (ABŞ-dan olan həmsədrin köməkçisi) qəbul edib.
AzNews.az xəbər verir ki, görüşdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizama salınması üzrə danışıqların hazırkı vəziyyəti və perspektivləri ilə bağlı məsələlər müzakirə edilib.