Qadınları fahişəliyə cəlb etdiyi üçün tutuldu

Bakı şəhər sakini qadınları fahişəliyə cəlb etdiyi üçün tutulub. AzNews.az-ın Daxili İşlər Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, İnsan Alverinə Qarşı Mübarizə İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhər sakini Zarema Dulayeva gəlir əldə etmək məqsədi ilə qadınları fahişəliyə cəlb etdiyinə görə tutulub.

Ədil
AzNews.az