“Müsavat partiyasının yeni başqanı Arif Hacılı İsa Qəmbərin projesi idi”. “Müsavat partiyasının yeni başqanı Arif Hacılı İsa Qəmbərin projesi idi”.

“Arif Hacılı İsa Qəmbərin projesi idi” - Səxavət Əlisoy

“Müsavat partiyasının yeni başqanı Arif Hacılı İsa Qəmbərin projesi idi”.



AzNews.az xəbər verir ki, bunu Müsavat partiyasının üzvü Səxavət Əlisoy bildirib.

Onun sözlərinə görə, bu düşüncədə olanlar tam haqlıdır: "Məhz İsa Qəmbərin dəstəyi sayəsində Arif Hacılı çox çətinliklə qələbə çaldı. Bu gün Müsavatın mətbəxinə az-çox bələd olanlar gözəl bilir ki, bütün zamanlarda, xüsusən 2003-cü ildən sonra Arif Hacılını partiyada saxlayan məhz İsa Qəmbər olub. Arif Hacılı İsa Qəmbərsiz siyasi arenada duruş gətirmək iqtidarında deyil. İsa bəy bu gün onun arxasından çəkilsə, Arif Hacılı 2006-cı ildə olduğu kimi partiyadan getmək barədə qərar qəbul edər".

S.Əlisoy əlavə edib ki, İsa Qəmbər Arif Hacılını nə üçün dəstəklədiyinin səbəbini bilir və zamanı çatanda onu açıqlayacaq.


Bahar RÜSTƏMLİ
AzNews.az