Həyat yoldaşına görə özünü öldürdü Həyat yoldaşına görə özünü öldürdü

Həkimlərin məsuliyyətsizliyi bir ailəni yox etdi - EKSKLÜZİV

Həyat yoldaşına görə özünü öldürdü



Dünən gecə saat iki radələrində Bakı sakini Vəliyev Nazim Ruslan oğlu özünə qəsd edib. Redaksiyamıza daxil olan məlumata görə, hadisə Maştağa kəndində baş verib. 23 yaşlı Nazim Vəliyevin intiharı essensiya içərək həyata keçirib və səhər saatlarında dünyasını dəyişib.

Qeyd edək ki, intihara səbəb iki gün əvvəl Nazimin həyat yoldaşı və yeni doğulmuş körpəsinin həyatını itirməsi olub.

Belə ki, şəhər xəstəxanalarının birində həkimlərin məsuliyyətsizliyi ucbatından doğuş zamanı nə ananı, nə də körpəni xilas etmək mümkün olmayıb. Mərhumun yaxınının sözlərinə görə, N. Vəliyev bundan sonra yaşaya bilməyəcəyini söyləyib. Yaxınları bir neçə saat otağında tək qalan Nazimin özünə qəsd etdiyini öyrənən zaman artıq həyatını xilas etmək gec olub.

Sevinc
AzNews.az