Məzahir Pənahov Gürcüstana gedəcək

Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahovun başçılıq etdiyi nümayəndə heyəti sentyabrın 29-dan oktyabrın 2-dək Gürcüstanda səfərdə olacaq.

MSK-dan AzNews.az-a verilən məlumata görə, səfərdən məqsəd oktyabrın 1-də Gürcüstan parlamentinə keçiriləcək seçkiləri izləməkdir.

Gürcüstan Mərkəzi Seçki Komissiyasının sədrinin dəvəti ilə həyata keçirilən səfər çərçivəsində M.Pənahovun gürcüstanlı həmkarı və digər rəsmi şəxslərlə görüşləri də planlaşdırılır.

İlkin
AzNews.az