Deputatın harada olduğu bilinmir Deputatın harada olduğu bilinmir

Gülər Əhmədova yoxa çıxıb

Deputatın harada olduğu bilinmir



Gülər Əhmədova Facebook statusunda "İnsult keçirdim, sevinin" yazandan sonra onun qardaşı, ANS-in aparıcısı İlqar Mikayıloğlu bu məlumatı təsdiqlədi. Amma o, bacısının harada müalicə olunması, vəziyyəti haqda məlumat vermədi.

G.Əhmədovanın səhhəti, durumu, hazırda harada olmasını öyrənmək üçün onun mobil nömrəsinə zəng etdik. YAP-çı deputatın telefonuna köməkçisi Əhməd Şahidov cavab verdi. O, G.Əhmədovanın harada olmasından məlumatsız olduğunu söylədi: "Mənim bir köməkçi kimi məlumatım siz bildiyiniz qədərdir.

Harada olduğunu bilmirəm. Mən də hamı kimi səhər Gülər Əhmədovanın xəstəliyi haqda xəbəri eşitdim. Əvvəlcə inanmadım. Feysbukdakı statusunda yazılanları oxudum, özünə zəng etdim. Cavab verən olmadı. İnsult olan adama necə zəng etmək olar? Bəlkə həqiqətən də insult olub? Sonra saytlarda xəbər yayıldı. Bir də zəng etdim, cavab verən olmadı". /musavat.com/

AzNews.az