Ər arvadını döyərək öldürdü

Bakıda kişi həyat yoldaşını döyərək öldürüb. Suraxanı rayon prokurorluğundan verilən məlumata görə, rayon sakini 1958-ci il təvəllüdlü Musaxan Şamiyev həyat yoldaşı, 1966-cı il təvəllüdlü Nailə Şamıyevanı oğluna məxsus avtomobildə döyüb. Şamıyeva aldığı bədən xəsarətlərindən dünyasını dəyişib.

Şamıyev saxlanılıb və faktla bağlı rayon prokurorluğunda cinayət işi başlanıb.

AzNews.az